Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 20:28
Bakı. Trend:
Rusiyanın Yerevandakı səfirliyi Azərbaycan Silahlı Qüvvələrinin zərbələri nəticəsində guya iki rus sərhədçisinin ölməsi barədə iddiaları rədd edib.
Trend-in məlumatına görə, bu barədə səfirliyin "Facebook" səhifəsində yerləşdirilən bəyanatda deyilir.
Bəyanatda bildirilir: "Kütləvi informasiya vasitələrində iki rus sərhədçisinin ölümü ilə bağlı yayılan məlumatları həqiqətə uyğun deyil.
KİV-i bu cür məlumatlarda diqqətli olmağa çağırırıq".