Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 21:56
Bir neçə mənbə Samsung və Sony şirkətlərinin Huawei ilə əməkdaşlıq üçün ABŞ-dan lisenziya aldığını açıqlayıb.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, məlumata görə, bu icazə Samsung Display-in yalnız bəzi ekran panellərinin satışını əhatə edəcək. Əməkdaşlıq nəticəsində şirkət istehsal etdiyi ekranları Huawei-ə sata biləcək. Amma satışın OLED panellərinə aid olub-olmayacağı bəlli deyil. Digər versiyaya görə, bunun üçün ayrıca lisenziya tələb olunur.
Sony ilə əməkdaşlıq nəticəsində isə Huawei-ə kamera sensorlarının satılması gözlənilir.