Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Noyabr 2020 22:16
İkinci Qarabağ Savaşı başlayandan bu günədək Ermənsitan Silahlı Qüvvələri yetəri qədər dağıdıcı gücə malik olan Smerç reaktiv yaylım atəşi sistemindən bir neçə dəfə mülki obyektlərə atəş açıb.
Hadisə nəticəsində aralarında uşaq və qadınlar da olmaqla, 20-dən çox dinc sakin həlak olub, 70-ə yaxın mülki şəxs yaralanıb. Şəhərdə yerləşən mülki infrastruktur obyektlərinə və nəqliyyat vasitələrinə külli miqdarda ziyan dəyib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, Smerç raket sistemləri haqqında nə bilirik? Bu sistemlər nəyə qadirdir?
Katyuşa nəslindən olan 9K58 Smerç (BM-30) reaktiv yaylım atəşi sistemidir. Sözügedən sistem keçmiş SSRİ tabeçiliyində olan Splav silah hazırlama zavodunda yaradılıb. BM-30 Smerç reaktiv yaylım atəşi sistemi öz dağıdıcı gücünə və taktiki-texniki göstəricilərinə görə dünyada bənzəri yoxdur.
Texniki quruluşu
Smerç sistemi dördoxlu MAZ-543M (kütləsi 43,7 ton, maksimal sürəti 69 km/saat) yük avtomobilinin üzərində yerləşdirilmiş 300 mm çaplı 12 boru paketindən ibarətdir. Bu sistem bütün raketləri 38 saniyəyə ata bilir. Atılmış yerləri raketlə yükləmək üçün 36 dəqiqə vaxt lazımıdr. Tərkibində dörd Smerç sistemi olan baterya 48 ədəd raketlə təxminən sahəsi 800x800 m olan ərazini məhv edə bilir. Onun maksimal atış məsafəsindən atəş zamanı verilmiş nişandan meyillənməsi 150 metrdir.
İnternet məlumatlarına görə, sözügedən silahın bir ədədinin qiyməti 12 milyon dollardır.
Maksimum atış məsafəsi: 90-124 km
Ağırlığı: 43.7 ton
Lülə sayı: 12
Yenidən doldurulma: 36 dəqiqə
Yer dəyişmə: 3 dəqiqə
Salvo atış müddəti: 38 saniyə
Əsas silahı: 9M55 və ya 9M528 raketi
Motoru: V-12 dizel mühərriki
Gücü: 525 at gücü
Lülə diametri (Kalibr): 300 mm
Yerdəyişmə vaxtı: 3 dəqiqə
Qalxma bucağı: 0º... +55º
Üfüqi tuşlama bucağı: 30º... +60º
Məhvetmə radiusu: 672.000 m²
Hədəfi vurma dəqiqliyi 0.3% m
Minimal atəş məsafəsi: 20 km
Uzunluğu: 12.1 m
Eni: 3.05 m
Hündürlüyü: 3.05 m
Təkər formulası: 8x8
Mühərrik: D12A-525A V12 dizel
Maksimal sürət: 60 km/s
Mənzili: 900 km
Heyət üzvü: 4 nəfər
Smerç sistemi bir neçə raketlərdən istifadə edir:
9M55F çəkisi 235 kq qırıntılı paraşütlə əyləclənən mərmi başlığından ibarətdir (onun 95.5 kq-ı mərmidir). Atış məsafəsi 70 km.
9M27K 75 ədəd 9N210 parçalanan bombalardan ibarətdir. Atış məsafəsi 70 km.
9M27K1 5 ədəd MOTV-3F özü nişanını axtaran mərmi elementlərindən ibarətdir. Atış məsafəsi 70 km.
9M27K4 25 ədəd tank əleyhinə maqnit alışqanlı qratlardan (PTM tipli) ibarətdir. Atış məsafəsi 70 km.
9M55K5 646 ədəd parçalanan və tankəleyhinə işləyə bilən kiçik bombacıqlardan ibarətdir. Atış məsafəsi 70 km.
9M55S çəkisi 100 kq olan termobar mərmidən ibarətdir. Atış məsafəsi 70 km.
Hazırda Smerç reaktiv yaylım atəş sistemi Azərbaycan, Ukrayna, Belarus, Rusiya, Əlcəzair, Çin, Hindistan, Ermənistan və s. ölkələrin silahlanmasında yer alır.