Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Noyabr 2020 07:51
Biz "The New-York Times" qəzetinə qarşı ABŞ-ın radikal və şovinist erməni lobbi qruplarının Fransada "TF1" telekanalının heyətinə qarşı olduğu kimi hücumlarını və təhdidlərini qətiyyətlə qınayırıq.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə öz Twitter səhifəsində Azərbaycan Prezidentinin köməkçisi, Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev yazıb.
H.Hacıyev bildirib: "Onlar söz azadlığını boğmağa çalışırlar. Biz də reportajın bəzi hissələri ilə razılaşmaya bilərik, lakin biz onların işlərinə hörmət edirik".