Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Paşinyan anti-Rusiya kampaniyasına başlayıb - Qarabağdakı məğlubiyyətlərin səbəbkarını ''tapıb''

Paşinyan anti-Rusiya kampaniyasına başlayıb - Qarabağdakı məğlubiyyətlərin səbəbkarını ''tapıb''

Tarix: 2 Noyabr 2020 11:09

Nikol Paşinyan Dağlıq Qarabağdakı uğursuzluqlarının səbəbkarını "tapıb". Artıq Ermənistanda açıq-aşkar Rusiyanı günahlandırmağa başlayıblar.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Rusiya KİV-də məlumatlar dərc olunub.

Bildirilir ki, Yerevan anti-Rusiya kampaniyasını yerli politoloqların əli ilə aparır. Belə ki, erməni politoloq, Soros fondu tərəfindən maliyyələşdirilən Stepan Qriqoryan öz müsahibəsində Rusiyanı etibarsız tərəfdaş olmaqda ittiham edib.

O bildirib ki, gözlənilənlərin əksinə olaraq Rusiya Ermənistanı Dağlıq Qarabağ məsələsində dəstəkləməkdən imtina edib.

Bundan başqa, politoloq Rusiyanın Ermənistanı təchiz etdiyi silah və hərbi texnikanın keyfiyyətsizliyindən şikayət edib:

"Rusiyanın silahları Türkiyə və İsrailin Azərbaycana tədarük etdiyi silahlardan geri qalır. Dronlar, özügedən qurğular özünü çox yaxşı göstərir, amma Rusiyanın texnikası isə yox. Rusiya həm siyasi, həm də hərbi tərəfdaş kimi etibarsızdır".

Qeyd edək ki, münaqişə müddətində Yerevan Qarabağ məsələsi ilə bağlı dəfələrlə Rusiyaya kömək üçün müraciət etsə də, Moskva köməyin yalnız Ermənistan ərazisinə təhdid ola biləcəyi təqdirdə ediləcəyini bildirib.


Etiketlər:  Paşinyan anti Rusiya kampaniyasına başlayıb Qarabağdakı məğlubiyyətlərin səbəbkarını tapıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ