Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 00:16
Bakı. Trend:
Avstriyanın paytaxtı Vyananın mərkəzində yerləşən sinaqoqun yaxınlığında atışma baş verib.
Trend-in məlumatına görə, bu barədə "Kronen Zeitung" nəşri xəbər verib.
İlkin məlumata görə, polis əməkdaşları atışmanı törətməkdə şübhəli bilinənlərdən birini saxlayıb.
Vyana hüquq-mühafizə orqanları bildirib ki, polis əməkdaşları hadisənin səbəblərini müəyyənləşdirir.