Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

''Vilyarreal''dan qələbə

''Vilyarreal''dan qələbə

Tarix: 3 Noyabr 2020 10:56

"Qarabağ"ın Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan "Vilyarreal" La Liqada növbəti oyuna çıxıb.

Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, komanda 8-ci turda doğma meydanda "Valyadolid"i qəbul edib. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb.

"Vilyarreal" - "Valyadolid" - 2:0
Qollar: Çukvueze, 21, Torres, 37

Bu qələbə ilə xalını 15-ə yüksəldən Unay Emerinin komandası turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb. "Real Sosyedad" 17 xalla 1-ci, "Real" 16 xalla (7 oyun) 2-cidir.

Qeyd edək ki, "Qarabağ" "Vilyarreal"a İstanbulda keçirilən matçda 1:3 hesabı ilə uduzub. Bu komandalar arasında İspaniyadakı görüş dekabrın 10-u oynanılacaq.


Etiketlər:  Vilyarrealdan qələbə


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ