Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 25 Aprel 2019 00:16
Bakı. Trend:
Suriyanın Daraa əyalətində terrorçular tərəfindən qoyulmuş mina partlayıb.
Trend-in "RİA Novosti"yə istinadən verdiyi məlumata görə, partlayış nəticəsində 2 uşaq həlak olub, 2 nəfər isə yaralanıb.
Bildirilir ki, insident nəticəsində həlak olanlar və yaralananlar bir ailənin üzvləri olub. Yaralılar xəstəxanaya yerləşdirilib.
Suriyada belə insidentlər tez-tez baş verir: yaşayış məntəqələrini tərk edən terrorçular yaşayış binalarına və digər yerlərə partlayıcı qurğular yerləşdirirlər.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin