Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 3 Noyabr 2020 16:08
Bakı. Trend:
10 ayda sosial təminat üzrə ötən ilin eyni dövrünə nisbətən 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat vəsait ödənilib
Trend-in məlumatına görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən yanvar-oktyabr aylarında ümumilikdə 2 milyon 610 min şəxsə pensiya, müavinət, təqaüd, ünvanlı sosial yardım verilib.
Bu təminat növləri üzrə əhaliyə bu ilin 10 ayında ötən ilin eyni dövrünə nisbətən 22,9% və ya 890,9 milyon manat çox olmaqla 4 milyard 784 milyon manat ödənilib.