Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Bakıda Sorokayte ilə tanış olduq, bu, əsl “sevgi” idi” - “Azərreyl”in sabiq voleybolçusu

“Bakıda Sorokayte ilə tanış olduq, bu, əsl “sevgi” idi” - “Azərreyl”in sabiq voleybolçusu

Tarix: 4 Noyabr 2020 12:58

Ölkə xaricində ilk təcrübəm Azərbaycanda olub. 24 yaşında keçdiyim Bakı klubunun bütün texniki personalı italiyalı idi.

Milli.Az apasport.az-a istinadla bildirir ki, bunu "Azərreyl"in sabiq voleybolçusu Luna Karoççi deyib.

Hazırda vətənində "Savino del Bene"də çıxış edən 32 yaşlı italiyalı libero Azərbaycan karyerasını xatırlayıb. Luna legioner kimi ilk təcrübəsini ölkəmizdə qazanması barədə danışıb: "Özəl çempionat idi. Komanda sayı, azarkeş sayı az idi. Agentim mənə belə imkan barədə deyən kimi instinktiv olaraq "heç bu barədə danışmayaq da" cavabını verdim. Təxminən 24 saata mən öz fikrimi radikal şəkildə dəyişdim və çox qısa müddətə - bir həftəyə müqavilə imzaladım. Anam mənə hər şeyə fərqli baxmağa vadar edib başa saldı ki, adi insanlarda olmayan təcrübə qazanacağam. Mən də voleybol, hər şeydən öncə isə şəxsi baxımdan çox böyüdüm".

Karoççi bürünc medal qazandığı 2012/13 mövsümündə yaxın münasibət qurduğu komanda yoldaşı olduğu voleybolçular barədə xatirələrini də bölüşüb: "Mənim üçün vacib olan iki insan var. Biri İndre Sorokayte, digəri 38 yaşında dünyasını dəyişən Sara Anzanellodur. Sonuncu həmin vaxt xəstəlikdən əziyyət çəkirdi. O, mənim üçün nümunə, hər şey idi. Mən onun həyatındakı ən pis anları birlikdə yaşadım. Həmin bir ildə hər şey var idi. Həmişə gülərüz  olan Sara məni öz "qanadı altına" aldı. Onun durumu pisləşməzdən öncə Sorokayte də komandaya gəldi. Biz tanış olduq. Bu, əsl "sevgi" idi. Birlikdə iki mövsümün yarısını keçirdik. Bu da sonradan ayrılmamaq üçün bizə bir-birimizi yaxşı tanımağa imkan verdi".

Milli.Az


Etiketlər:  Bakıda Sorokayte ilə tanış olduq bu əsl sevgi idi Azərreylin sabiq voleybolçusu


RƏYLƏR