Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Noyabr 2020 17:34
Bakı. Trend:
Rusiya Dağlıq Qarabağda münaqişənin başa çatması üçün əlindən gələni edir və edəcək.
Trend-in məlumatına görə, bunu Rusiya Prezidenti Vladimir Putin dini birliklərin nümayəndələri ilə görüşü zamanı deyib.
O qeyd edib: "Bildiyiniz kimi, Rusiya Cənubi Qafqazda münaqişənin bitməsi, bir-birinə qarşı dayanaraq, bir-birinə avtomatın nişangahından baxan insanların həyatını qorumaq üçün əlindən gələn hər şeyi edir. Biz Ermənistan və Azərbaycanla təmasdayıq. Ümid edirəm ki, nəticə əldə etmək mümkün olacaq".