Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

108 meqapiksellik kameraya sahib Redmi Note 9 gəlir - İDDİA

108 meqapiksellik kameraya sahib Redmi Note 9 gəlir -  İDDİA

Tarix: 5 Noyabr 2020 20:32

İstifadəçilərin əksəriyyəti Xioami Redmi Note 10 modelinin təqdimatını gözlədiyi halda, Digital Chat Station yaxıın günlərdə 3 fərqli Xiaomi Redmi Note 9-un təqdim ediləcəyini açıqlayıb.

Milli.Az ted.az-a istinadən bildirir ki, 108 meqapiksellik kameraya sahib olacaq modeldə 1/1,52 düymlük Samsung ISOCELL HM2 sensor yer alacaq.

İddiaya görə, bu ay ərzində təqdim ediləcək Redmi Note 9 seriyası Snapdragon 750G prosessorundan güc alacaq. Əgər təxminlər doğru çıxsa, yeni model Çində satışa çıxacaq ilk Snapdragon 750G olacaq.

Hələlik şirkət tərəfindən açıqlama verilməsə də, Redmi Note 10 seriyasının gələn il təqdim olunacağı deyilir. Bundan başqa, bəzi analitiklər hesab edirlər ki, Xiaomi rəhbərliyi Redmi Note 10 seriyasını satışa çıxarmamağı düşünür.

Milli.Az


Etiketlər:  108 meqapiksellik kameraya sahib Redmi Note 9 gəlir İDDİA


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ