Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şeydayev ''Dinamo''nun əsas heyətində

Şeydayev ''Dinamo''nun əsas heyətində

Tarix: 6 Iyul 2019 09:48

Millimizin üzvü Ramil Şeydayev yeni klubu Rusiya "Dinamo"sunda ikinci oyununa çıxıb.

Qol.az-ın məlumatına görə, 23 yaşlı hücumçu Çexiyanın "Slovan" (Liberets) klubu ilə yoxlama görüşündə iştirak edib. Matç Moskva təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Start heyətdə meydana çıxan R.Şeydayev 68-ci dəqiqədə əvəzlənib. O, komandasının qolunun vurulmasında fəal iştirak edib.

Xatırladaq ki, R.Şeydayev bundan əvvəl  Çexiya "Sparta"sı ilə yoxlama görüşündə (1:1) oynamışdı.

 


Etiketlər:  Şeydayev Dinamonun əsas heyətində


RƏYLƏR

OXŞAR XƏBƏRLƏR