Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 11:42
Avropa Liqasının III turunda "Lill"i qəbul edən "Milan" 0:3 hesabı ilə məğlub olub.
Sonxeber.net apasport.az-a istinadla bildirir k, bununla "rossonyerlər"in uğurlu seriyası qırılıb.
Cari mövsüm bütün turnirlərdə ilk yenilgisini alan İtaliya klubunun məğlubiyyətsiz oyunlar seriyası 24 oyunda dayanıb. Axırıncı dəfə martın 8-də meydanı başıaşağı tərk edən A seriyası təmsilçisi son 24 ilin ən uzun seriyasına imza atıb.
Qeyd edək ki, Avropa Liqasının H qrupunda qərarlaşan "Milan" hazırda 6 xalla turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.