Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Noyabr 2020 13:00
Bakı. Trend:
ASALA erməni terror təşkilatı, onun rəhbərləri, eləcə də Suriyadan olan erməni mənşəli muzdlular işğal olunmuş Dağlıq Qarabağda ön cəbhədə döyüşür.
Trend-in məlumatına görə, bu barədə “Jewish Press”in araşdırması nəticəsində məlum olub.
Qeyd olunub ki, bölgədən əldə olunan fotogörüntülərdə hətta Liviyadan olan döyüşçülər yer alıb.
Araşdırma nəticəsində məlum olub ki, yenidən bərpa olunmuş ASALA ilə suriyalı, livanlı və liviyalı silahlıların birləşməsi ilkin olaraq erməni terror təşkilatının rəhbərliyi ilə razılaşdırılır.
Bildirilir ki, bir neçə il əvvəl ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsi erməni terrorçuluğu ilə bağlı məxfi hesabatlardan birini ictimailəşdirmişdi. Bu hesabatda ASALA-ya qoşulmuş qruplaşmaların fəaliyyəti, eləcə də onların törətdiyi terror aktları izlənirdi:
“Ermənistanın azadlığı uğrunda erməni gizli ordusu (ASALA) ABŞ-ın bir sıra siyası maraqlarına təhdiddir. ASALA-nın bir çox hücumları türklərə qarşı reallaşdırılsa da, Qərbi Avropa və ABŞ-da da bəzi obyektlər hədəf olub. Bundan başqa, Liviya və Suriya ilə təmasların aktivləşməsi marksistyönümlü ASALA-nın anti-Amerika təsirini daha da gücləndirə bilər”.