Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 7 Noyabr 2020 06:04
Bakı. Trend:
Demokratçı Cozef Bayden Corciya ştatında (16 seçici səsi) ABŞ-ın hazırkı prezidenti, respublikaçı Donald Tramp üzərində liderliyini artırıb.
Trend-in məlumatına görə, bu barədə CNN televiziya şirkəti bülletenlərin 99%-inin yoxlanıldıqdan sonra bildirib.
Məlumata əsasən, bu günə qədər C.Baydenə 2 455 681 seçici (49,4 faiz), D.Trampa isə 2 451 541 (49,3 faiz) səs verib.
Beləliklə, C.Bayden hazırkı Amerika liderini 4 mindən çox səslə qabaqlayır.