Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Naftalan neftinin faydalari

Naftalan neftinin faydalari

Tarix: 7 Noyabr 2020 08:12

Naftalan nefti Azərbaycanın təbii sərvətlərindən biridir. Onun insan orqanizmindəki xəstəliklərin müalicəsində faydası çox böyükdür. Naftalan neftindən əsasən sümük-oynaq, əsəb, sinir, ginekoloji, uroloji və dəri xəstəliklərinin müalicəsində istifadə edilir.
Naftalan nefti güclü iltihab əlyhinə, ağrıkəsici, allergiya əleyhinə təsirlərə malik olmaqla yanaşı digər effektiv təsirlərə də malikdir. Naftalanla müalicə sonsuzluğun aradan qaldırılmasında da effektli təsir göstərir. Dərmandan fərqli olaraq naftalan neftinin insan orqanizminə heç bir mənfi təsiri yoxdur.
Naftalanla müalicə insanlarda hormonal prosesləri normallaşdırır, ovulyasiya proseslərini və spermatogenezi gücləndirir. Uzun illər sonsuzluqdan əziyyət çəkənlərin naftalanla müalicədən sonra övlad sahıbı olmaları naftalan neftinin möcüzələrindən biridir.
Xəstələrə ilk vaxtlar günötrə, sonralar isə hər gün 10 dəqiqə olmaqla naftalan vannası təyin edilir. İlk günlərdə xəstələr baş ağrısı, yuxululuq hiss eləsələr də sonralar bu əlamətlər keçib gedir. Naftalan neftinin tərkibi, necə əmələ gələməsi barədə məlumatlar elmə məlum deyil.  Amma bu möcüzəli təbii dərman vasitəsinin yanliz Azərbaycanda olması hamıya məlumdur.
Bu portalda yerləşdiril


Etiketlər:  Naftalan neftinin faydalari


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ