Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Noyabr 2020 16:03
Şuşa şəhərinin azad olunması münasibətilə Azərbaycanı təbrik edirəm.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
O bildirib ki, Şuşanın xilası işğal altında qalan digər torpaqların da azadlığa qovuşmasının yaxın olduğunu ifadə edir:
"Azərbaycan 30 il səbr edib və nəhayət öz ərazilərinin azad edillməsinə nail olub. Türkiyə hər zaman Azərbaycanın yanında olub və bundan sonra qardaş ölkəni dəstəkləyəcək".