Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

43-cü sessiya çərçivəsində “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda müzakirələr aparılıb (FOTO)

43-cü sessiya çərçivəsində “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda müzakirələr aparılıb (FOTO)

Tarix: 6 Iyul 2019 16:57

Bakı. Elçin Mehdiyev - Trend:

İyulun 6-da Bakı Konqres Mərkəzində UNESKO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində İtaliyanın Romualdo Del Bianko Fondunun “İrs vasitəsilə sülhün əldə olunması” mövzusunda tədbiri keçirilib.

Mədəniyyət Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbir yerli mədəni irs nümunələrinin yerləşdiyi ərazilərin dayanıqlı inkişafı üçün güclü mexanizmlərin yaradılması, yerli mədəni təzahürlərin təşviqi, mühafizəsi və inkişafına həsr olunub.

Ümumdünya İrs Komitəsinin 43-cü sessiyasına sədrlik edən Azərbaycanın mədəniyyət naziri Əbülfəs Qarayev çıxış edərək sessiyada nominasiyaların qiymətləndirilməsi, siyahıya salınması istiqamətində məhsuldar müzakirələrin aparıldığını diqqətə çatdırdı. Bildirdi ki, İtaliya nümayəndə heyəti də bu sessiyada çox fəal iştirak edir.

Vurğulanıb ki, Romualdo Del Bianko Fondu mədəni irs sahəsində uğurla fəaliyyət göstərir: “İrs vasitəsilə sülhün əldə olunması” ideyasını da dəstəkləyirik. Bu, dünyada sülhün əldə olunması baxımından olduqca vacib məsələdir”.

Tədbirdə çıxış edən Romualdo Del Bianko Fondunun baş katibi Simone Giometti, fondun vitse-prezidenti Şarlotta del Bianko, İCCROM-un (Mədəni mülkiyyətlərin qorunması və bərpası üzrə Beynəlxalq tədqiqat mərkəzi) abidələr üzrə şöbəsinin direktoru Josef King tədbirin əhəmiyyətindən danışıblar.

Mədəniyyətlərarası dialoqun əldə olunması üçün irs nümunələrinin rolu, dayanıqlı inkişaf üçün memarlıq abidələri, maddi və qeyri-maddi irs nümunələrinin istifadəsi və qorunub saxlanılması, mədəni irs nümunələrinin müxtəlifliyi ətrafında çıxışlar olub. Çıxışlar zamanı turizmin mədəni müxtəlifliyə müsbət münasibətin təşviqində rolu, mədəni irs nümunələri barədə məlumat yaymaqla onlara kommersiya imkanları təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb. Vurğulanıb ki, bu məlumatlar pozitiv və səmimi şəkildə yayıldığı zaman onlar fərdi və sosial sabitliyin təmin olunmasına, eləcə də müxtəlif mədəniyyətlər arasında dialoqa zəmin yaradır.

Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin


Etiketlər:  sessiya çərçivəsində İrs vasitəsilə sülhün əldə olunması mövzusunda müzakirələr aparılıb FOTO


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ