Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 16 Noyabr 2020 15:10
Bakıda yağan güclü yağış torpaq sürüşməsinə səbəb olub.
Sonxeber.net qafqazinfo-ya istinadən xəbər verir ki, bir neçə saat əvvəl paytaxtın Nizami rayonunda sürüşmə nəticəsində hasar aşıb.
Qara Qarayev prospekti: 61 ünvanında istinad divarının aşması nəticəsində 3 avtomobil daşlar altında qalıb.
Hazırda mütəxəssislər əraziyə sığorta şirkətlərinin gələrək avtomobillərlə bağlı qiymətləndirmə aparmasını gözləyirlər. Bundan sonra yolun təmizlənməsi işləri icra olunacaq.