Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi

Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi

Tarix: 16 Noyabr 2020 19:04

Kanadalı ixtiraçı Əzin Əl-Qeysi koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə hazırlayıb.

Milli.Az oxu.az-a istinadən bildirir ki, dəbilqə baş və sinə hissəsini tamamilə örtür, həmçinin, üz sipəri ilə təmin edilib.

Cihazın arxa tərəfinə batareyalarla işləyən hava təmizləyici filtr yerləşdirilib.

Əl-Qeysi cihaza BioVYZR adını verib.

İxtiraçı bildirib ki, dəbilqənin batareyası bir dəfə doldurma ilə 12 saata qədər fasiləsiz işləyə bilir.

O əlavə edib ki, hazırda təxminən 10 min insan dəbilqəni almaq üçün müraciət edib.

Milli.Az


Etiketlər:  Koronavirusdan qorunmaq üçün xüsusi dəbilqə ixtira edildi


RƏYLƏR