Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Koronavirus kişilərin saqqalında gizlənir

Koronavirus kişilərin saqqalında gizlənir

Tarix: 16 Noyabr 2020 21:45

Uzun, sıx saqqal və bığ virusun asanlıqla toplananıb gizlənəcəyi yer olduğu və maska taxarkən üzə sıx yapışmasının qarşısını aldığı üçün kişilərə üzlərini qırxmaq tövsiyə olunur.

Sonxeber.net xəbər verir ki, Amerika infeksion xəstəliklər mərkəzi xüsusi inforqrafika hazırlayaraq, hansı tip və formada bığ-saqqalın viruslarla effektiv mübarizədə maneə olduğunu göstərib. Əslində bu bütün viruslar üçün keçərlidir, amma indi koronavirus yayıldığı üçün yenidən saqqal-bığ problem gündəmə gəlib.

Maska və respirator təmiz üz dərisinə hermetik oturur. Belə ki, üzdə çox sayda tüklərin olması virusun ağızla keçməsini 100-300 dəfəyə kimi artırır.

Yeganə olaraq bakenbard, çənədə xırda saqqal, karandaş bığ istisnadır.

Üzdəki tüklü hissə maska taxdıqda onun icində olmalı və nazik olmalıdır. Maskadan kənara çıxma varsa, o saqqal qırxılmalıdır. Əks təqdirdə maska taxmağın bir anlamı qalmır.

Saqqalından imtina etməyənlər isə saqqal və bığlarını hər gün antibacterial sabunla dərindən yuyub, köklərinə kimi spirtləməlidirlər. /medicina.az


Etiketlər:  Koronavirus kişilərin saqqalında gizlənir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ