Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ərdoğan hökumət üzvləri ilə Qarabağı müzakirə edəcək

Ərdoğan hökumət üzvləri ilə Qarabağı müzakirə edəcək

Tarix: 17 Noyabr 2020 11:42

Dağlıq Qarabağ müharibəsindən sonrakı vəziyyət bu gün Türkiyədə prezident Rəcəb Tayyib Ərdoğanın rəhbərliyi ilə keçiriləcək Nazirlər Kabinetinin iclasında müzakirə olunacaq.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, iclas zamanı münaqişədən sonra əldə olunmuş razılaşma çərçivəsində Ermənistanın işğal altında torpaqları Azərbaycana təhvil verməsi prosesi, Türkiyə və Rusiyanın birgə monitorinq üçün əsgər göndərmək məsələləri müzakirə olunacaq.

Bundan başqa, Türkiyədə koronavirus pandemiya və şərqi Aralıq dənizi bölgəsində kəşfiyyat işləri kimi məsələlər iclasın gündəliyində yer alıb.

Nazirlər Kabinetinin iclası Bakı vaxtı ilə saat 16:30-da başlayacaq.


Etiketlər:  Ərdoğan hökumət üzvləri ilə Qarabağı müzakirə edəcək


RƏYLƏR