Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi ''İnstagram'' səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - FOTO

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi ''İnstagram'' səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib - FOTO

Tarix: 17 Noyabr 2020 16:24

Birinci vitse-prezident Mehriban Əliyevanın rəsmi "İnstagram" səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, paylaşımda deyilir:

"Bütün Azərbaycan xalqını Milli Dirçəliş Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm, həmvətənlərimizin hər birinə möhkəm cansağlığı, sevgi və səadət diləyirəm!

Bu gün bizim hamımızı Vətənimizə ən nurlu, səmimi hisslər, ona, onun uğurlarına, nailiyyətlərinə və qələbələrinə görə qürur duyğuları birləşdirir! Qoy Azərbaycan xalqının həmrəyliyi və dövlət müstəqilliyimiz əbədi olsun! Qoy Azərbaycanda daim sülh, firavanlıq və təhlükəsizlik hökm sürsün! Uca Tanrı xalqımızı və Vətənimizi qorusun!"


Etiketlər:  Birinci vitse prezident Mehriban Əliyevanın rəsmi İnstagram səhifəsində Milli Dirçəliş Günü münasibətilə paylaşım edilib FOTO


RƏYLƏR