Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Azərbaycan nefti ucuzlaşıb

Azərbaycan nefti ucuzlaşıb

Tarix: 18 Noyabr 2020 11:40

Bakı. Trend:

CIF bazisi üzrə İtaliyanın Auqusta limanı şərtləri ilə Azərbaycanın yüngül neftinin qiyməti noyabrın 17-də 43,49 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,02 dollar/barel azdır.

Bu barədə Trend-ə ölkənin neft-qaz bazarındakı mənbə bildirib.

FOB bazisi üzrə Türkiyənin Ceyhan limanında Azərbaycanın yüngül neftinin qiyməti 42,96 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 1,03 dollar/barel azdır.

Novorossiysk limanından yüklənən URALS neftinin qiyməti isə 42,23 dollar/barel təşkil edib ki, bu da əvvəlki göstəricidən 0,93 dollar/barel azdır.

Şimal dənizindən hasil edilən "Brent Dated" etalon növlü neftin qiyməti 42,05 dollar/barel olub ki, bu da əvvəlki göstəricidən 1,07 dollar/barel azdır.


Etiketlər:  Azərbaycan nefti ucuzlaşıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ