Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 18 Noyabr 2020 18:46
Koronavirus pandemiyasının yenidən sürətlə yayılması dünya idmanına mənfi təsirini göstərməkdə davam edir.
Sonxeber.net apasport.az-a istinadla bildirir ki, komanda idman növlərində artıq bir çox oyunlar təxirə salınıb.
Təsadüfi deyil ki, məhz pandemiya səbəbindən 2020/21 mövsümündə indiyə qədər 131 oyun baş tutmayıb. Bunlardan 41-i futbol, 9-u basketbol, 61-i voleybol, 20-si isə həndbol matçlarıdır.
Qeyd edək ki, koronavirus Avropa çempionatı və Tokio Yay Olimpiya Oyunları da daxil olmaqla, bir çox böyük turnirlərin 2021-ci ilə təxirə salınmasına, bəzilərinin isə ləğvinə səbəb olub.