Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüterlərin işini sürətləndirmək qaydaları açıqlanıb

“Windows” əməliyyat sistemi ilə işləyən fərdi kompüterlərin işini sürətləndirmək qaydaları açıqlanıb

Tarix: 21 Noyabr 2020 22:16

Kompüterin işini sürətləndirmək üçün lazımsız proqramları silmək və sistemin işə salınma parametrlərini dəyişdirmək lazımdır. Bu haqda "Business Insider" nəşrinin saytında dərc edilmiş materialda yazılıb.

Sonxeber.net ictnews.az-a istinadən bildirir ki, müəlliflərin sözlərinə görə, "Windows" əməliyyat sisteminin idarəetməsi altında işləyən kompüterlər tez-tez çoxlu sayda lazımsız proqram və səhv parametrlərə görə ləng işləyir. Mütəxəssislər ilk növbədə sistemlə birgə açılan proqramların siyahısını azaltmağı məsləhət görüblər. Bunun üçün "Tapşırıqlar dispetçeri"ni açmaq və müvafiq bölmədə bəzi proqramların avtomatik işə düşməsini dayandırmaq lazımdır. Bundan sonra müəlliflər istifadəçi tərəfindən vaxtaşırı işə salınan bütün proqramları silməyi və fərdi kompüteri viruslara görə skan etməyi tövsiyə ediblər.

Sistemin vizual tərtibatı böyük əhəmiyyət kəsb edir. Bununla əlaqədar olaraq jurnalistlər "Windows"un genişləndirilmiş tənzimləmələrinə daxil olmağı və xüsusi effektlərin bir çox hissəsini deaktiv etməyi tövsiyə ediblər. Həmçinin kompüterin işini sürətləndirmək üçün pəncərələrin şəffaflıq effektini deaktiv etməyi məsləhət görüblər, bu parametr sistemin əsas tənzimləmələrinin "Fərdiləşdirmə" bölməsində yerləşir. Kompüteri daima "Windows"un aktual versiyalarınadək yeniləmək vərdişi FK-in məhsuldarlığının artırılması qaydalarından biri kimi göstərilib.

Jurnalistlər bildiriblər ki, bir çox kompüterlər başlanğıc ayar kimi balanslı iş rejimindədir - bu, qurğunun akkumulyatorunun şarjının saxlanılması üçün lazımdır. Əgər bu parametr aktual deyilsə, onu deaktiv etmək olar.

Sonda müəlliflər kompüteri yeniləməyi tövsiyə ediblər. Jurnalistlər ilk növbədə əməli yaddaşın tutumunu artırmağı və daha az sürətli sərt diskin əvəzinə, SSD daşıyıcı quraşdırmağı məsləhət görüblər.


Etiketlər:  Windows əməliyyat sistemi ilə işləyən fərdi kompüterlərin işini sürətləndirmək qaydaları açıqlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ