Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Ronaldu "Yuventus"dan gedir? - Paratiki danışdı

Ronaldu

Tarix: 22 Noyabr 2020 18:26

"Yuventus"un idman direktoru Fabio Paratiki futbolçu Kriştianu Ronaldunun klubdan ayrılacağı haqda yayılan xəbərlərə münasibət bildirib.

Qol.az DAZN-ə istinadən xəbər verir ki, o, bu məlumatların əsassız olduğunu deyib:

"Ronaldo işinin mütəxəssisidir. Həm oyun zamanı, həm də məşq vaxtı nümunəvi şəkildə davranır.

Sizi inandırma bilərəm ki, Ronaldu "Yuventus"da qalacaq. Bizim futbolçularımız hər gün digər klublarla əlaqə saxlayırlar. Buna görə də biz yayılan xəbərlərə əhəmiyyət vermirik.

Qeyd edək ki, Ronaldunun "Manester Yunayted"ə keçəcəyi və "Real"a qayıdacağı deyilirdi.

Milli.Az


Etiketlər:  Ronaldu Yuventusdan gedir Paratiki danışdı


RƏYLƏR