Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 23 Noyabr 2020 18:50
İtaliya A Seriyasının 8-ci turunda "Napoli" ilə keçirilən oyun "Milan"ın hücumçusu Zlatan İbrahimoviç üçün əlamətdar olub.
Sonxeber.net qol.az-a istinadən xəbər verir ki, isveçli futbolçu A Seriyasında ardıcıl 8 oyunda qol vuran ilk futbolçu kimi klubun tarixinə düşüb.
39 yaşlı forvard səfər görüşündə dubl edərək 3:1 hesablı qələbədə əsas pay sahibi olub.
Qeyd edək ki, İbrahimoviç hazırda A seriyasında 10 qolla bombardir, komandası isə 20 xalla liderdir.