Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 8 Iyul 2019 14:12
Bakı. Trend:
Cənub Ərazi Baş Gömrük İdarəsinin Astara gömrük postunda İran İslam Respublikasından piyada yolla gələn Azərbaycan vətəndaşı saxlanılıb və onun üzərində şəxsi yoxlama aparılıb.
Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, şəxsi yoxlama zamanı onun ayağına geyindiyi qəhvəyi rəngli ayaqqabının hər tayının altlığı kəsilərək həmin hissəyə yerləşdirilən şəffaf rəngli sellofona bükülü 2 ədəd bağlamada təqribi çəkisi 380 qram təşkil edən ağ rəngli, kristal şəkilli psixotrop maddə - metamfetamin, 5 ədəd bükümdə isə qəhvəyi rəngli, üzərində "M40" nişanəsi olan 43 ədəd bütöv, 6 ədəd isə parçalar halında olan "metadon" həbləri aşkarlanıb.
Xatırladaq ki, metamfetamin "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələrin I Siyahısı"na, metadon isə "Azərbaycan Respublikasının ərazisində dövriyyəsi məhdudlaşdırılan narkotik vasitələrin II Siyahısı"na daxildir.
Faktla bağlı araşdırma aparılır.
Trend-in ən mühüm və maraqlı xəbərlərini "Telegram"da izləyin