Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Hindistanda saxta “Xiaomi” məhsulları aşkarlanıb

Hindistanda saxta “Xiaomi” məhsulları aşkarlanıb

Tarix: 25 Noyabr 2020 16:45

"Xiaomi" şirkəti Hindistan hökuməti ilə əməkdaşlıqda 450 min dollar məbləğində saxta "Xiaomi" məhsullarını müsadirə edib. Məhsul Hindistanın Çennay və Banqalor şəhərlərinin müvafiq olaraq dörd və üç tədarükçüsündən daxil olub. Hindistan hökumətinin bəyanatına görə, keçirilmiş əməliyyat saxta məhsullarla mübarizə üzrə planın tərkib hissəsidir.

 

"ICTnews" Elektron Xəbər Xidməti "IXBT" resursuna istinadən yazır ki, "Xiaomi" şirkəti yerli polis məntəqəsinə şikayətlə müraciət etdikdən sonra hüquq-mühafizə orqanları tərəfindən oktyabr-noyabrda qəfil yoxlamalar aparılıb. Yoxlamalar zamanı 3 mindən çox saxta məhsul, o cümlədən mobil telefonlar üçün çexollar, qulaqcıq, portativ akkumulyator, enerjidoldurma qurğuları aşkarlanıb. Qeyd olunan şəhərlərdə fəaliyyət göstərən mağazaların sahibləri saxta "Xiaomi" məhsullarının satışında ittiham edilərək həbs olunub.

 

Məlumata görə, bu bizneslə uzun müddət məşğul olan tədarükçülər müxtəlif istehsalçılara məxsus saxta məhsullar satıblar. "Xiaomi" nümayəndələrinin sözlərinə görə, saxta məhsulun pərakəndə satış qablaşdırması orijinaldan kəskin fərqlənir. Həmçinin qeyd olunur ki, enerjidoldurma üçün saxta kabellər adətən nazik olur və tez sıradan çıxır.

 

Hindistanda saxta məhsulların sayının kəskin artması ilə əlaqədar olaraq "Xiaomi India" şirkəti tərəfindən bazarın müntəzəm monitorinqi və oxşar hallarda tədbirlərin görülməsi üçün xüsusi işçi qrupu yaradılıb. Şirkət nümayəndələri alıcılara belə insidentlərdən ehtiyatlı olmağı və orijinal məhsulları yalnız rəsmi mağazalardan almağı tövsiyə edirlər. Bundan başqa, istehlakçılar telefonları rəsmi servis mərkəzlərində təmir etməli və yalnız orijinal aksesuarlardan istifadə etməlidirlər.

 

Nizam Nuriyev




Etiketlər:  Hindistanda saxta Xiaomi məhsulları aşkarlanıb


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ