Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 27 Noyabr 2020 00:33
Rəsmi Paris qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır.
Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu barədə Fransa Xarici İşlər Nazirliyinin bəyanatında deyilir.
Bəyanatda bildirilir: "Noyabrın 25-i Senat Fransa hakimiyyətini qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımasına çağırış edən qətnamə qəbul edib. Səsvermədən əvvəl debatlar zamanı Xarici İşlər Nazirliyi yanında Dövlət Katibi Jan-Baptist Lemuan Fransa hökumətinin bu mövzuda mövqeyini xatırladıb. Fransa qondarma "Dağlıq Qarabağ respublikası"nı tanımır".