Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı

Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı

Tarix: 8 Iyul 2019 21:32

Bakı. Samir Əli - Trend:

Bakıda qadına hucum olub.

Trend-in məlumatına görə, hadisə paytaxtın Nəsimi rayonu, A.Mustafayev küçəsi, ev 31-in qarşısında baş verib.

Qubadova Arzu Kərimqızı yaşadığı ünvanın qarşısında naməlum şəxsin hücumuna məruz qalıb. Qadına hücum edən naməlum şəxs dəyəri 340 manat olan sırğanı qulağından qopararaq qaçıb.

Keçirilən əməliyyat-axarış tədbirləri nəticəsində hadisəni törədən şəxsin əvvəllər dəfələrlə məhkum olunmuş Tərtər rayon sakini, 1986-cı il təvəllüdlü Musayev Sadiq Ramiz oğlu olduğu müəyyən edilib və o, tutularaq Nəsimi rayon Polis İdarəsinə təhvil verilib.

Faktla bağlı cinayət işi başlanıb.


Etiketlər:  Keçmiş məhkum Bakıda küçədə qadına hücum edib sırğalarını aldı


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ