Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi

Biz yaralılarımızı çiynimizə alıb irəli gedirdik, düşmən isə qoruxdan silahlarını atıb qaçırdı - Qarabağ qazisi

Tarix: 29 Noyabr 2020 16:50

Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın apardığı 44 günlük müharibə haqqında hələ çox danışılacaq. Bu döyüşlər tariximizə qızıl hərflərlə yazıldı və illər ötəcək, nəsillər dəyişəcək, ancaq bu döyüşlər daim fəxr və qürur hissi ilə xatıranacaq, gələcək nəsillər bu döyüşlər haqqında fəxarətlə danışacaq, çünki bu döyüşlər əsrlər boyu ermənilərin xalqımıza qarşı yürütdüyü işğalçılıq siyasətinə son qoydu, bütün dünyaya Azərbaycan xalqının gücünü, birliyini, əzmini, yenilməzliyini göstərdi.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bu döyüşlərin qəhrəman iştirakçılarından biri də Sumqayıtdan könüllü olaraq döyüşlərə qatılmış əsgər Sahil Həsənovdur. Vətən uğrunda döyüşlər zamanı bir qolunu itirən S.Həsənov çox qürurludur, qalib ordumuzun əsgər və zabitlərinin vətənpərvərliyindən, qəhrəmanlığından, ordumuzun və xalqımızın birliyindən fəxrlə danışır:

"Onu deyim ki, vətənpərvərlik hissi doğulandan bizim beynimizə həkk olunur. Vətən, xalq sevgisi bizim qanımızdadır. Biz heç zaman torpaqlarımızın işğal altında qalması ilə razılaşa bilməzdik, qarış-qarış da olsa torpaqlarımızı işğaldan azad etməli idik və məhz bu amal uğrunda xalqımız bir yumruq kimi birləşdi.

Döyüşlər zamanı ruh yüksəkliyi o qədər yüksək idi ki, heç nədən çəkinmirdik, əsgərlər və zabitlərimiz yaralansa da irəli gedirdi, bir amal var idi, ancaq irəli. Heç bir çətinlik bizi dayandıra bilmirdi. Cənab Ali Baş Komandan İlham Əliyev, generallarımız, zabitlərimiz bizə elə gözəl ruh yüksəkliyi verirdi ki, bizi heç nə dayandıra bilməzdi. Generallarımız, zabitlərimiz əsgərləri ilə çiyin-çiyinə döyüşürdülər. Zabit və əsgərin fərqi yox idi, elə bir şərait yaranmışdı ki, hamı qardaş idi, sanki bir atanın, bir ananın övladları idik, əsgərləzimizin gözündə heç bir qorxu yox idi, bir amalımız var idi - torpaqlarımızı işğaldan azad edək, bizdən sonra dövlətimiz daha da gücləsin, xalqımız daha yaxşı yaşasın, tarixlər yazılsın və bir də heç zaman torpaqlarımız işğal edilməsin. Azərbaycan ordusu elə döyüşdü ki, bunun haqqında danışmaqla, yazmaqla bitməz".

S.Həsənov deyib ki, düşmən ordumuz qarşısında çarəsiz durumda qalmışdı, silahlarını atıb qaçırdılar: "Biz şəhidlərimizi, yaralılarımızı çiynimizə alıb döyüşə-döyüşə düşmənin üzərinə gedirdik, düşmən isə qoruxdan silahlarını atıb, yaralılarını, meyitlərini qoyub qaçırdı. Onlar bax belə qorxaq idilər. Düşmənin 30 ildə qurduğu istehkamları qısa zamanda darmadağın etdik, elə məqamlar oldu ki, düşmənlə əlbəyaxa gəldik, düşməni bıçaqla məhv etdik, ona heç bir aman vermədik. 1-ci Qarabağ müharibəsində iştirak etmiş düşmən əsgər və zabitləri də döyüşməyə gəlmişdi, lakin hamısını məhv etdik, xalqımızın qısasını layiqincə aldıq.

Ancaq onu da deyim ki, biz düşmənin mülki əhalisinə heç bir halda toxunmadıq. Biz yalnız düşmənin əsgər və zabitləri ilə döyüşürdük. Düşmən yalan danışmasın ki, biz mülki əhaliyə toxunmuşuq, biz onlar kimi deyilik, kişi kimi döyüşürdük. Biz artıq qalib xalqıq, bütün dünya bizi tanıdı".


Etiketlər:  yaralılarımızı çiynimizə alıb irəli gedirdik düşmən isə qoruxdan silahlarını atıb qaçırdı Qarabağ qazisi


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ