Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 30 Noyabr 2020 04:04
Bakı. Trend:
"Mercedes" komandasının britaniyalı pilotu Lyuis Hemilton "Formula-1" üzrə Bəhreyn Qran Prisinin qalibi olub.
Trend-in məlumatına görə, yarışı ikinci yerdə "Red Bull" komandasının niderlandlı pilotu Maks Ferstappen, üçüncü yerdə isə onun komanda yoldaşı tailandlı Aleksander Albon başa vurub.
Xatırladaq ki, ötən yarış - Türkiyə Qran Prisində birinci yeri tutan L.Hemilton mövsümün bitməsinə 3 mərhələ qalmış çempionluğunu təmin etmişdi.
Qeyd eədk ki, növbəti yarış dekabrın 6-da yenidən Bəhreyndə təşkil olunacaq.