Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 1 Dekabr 2020 23:20
Yaponiyanın Sony də daxil olmaqla bir sıra iri şirkətləri bərpa olunan enerji ilə bağlı mövcud qaydalar dəyişməsə, istehsalatı xarici ölkələrə köçürəcəklərini bildirib.
Sonxeber.net ted.az-a istinadən bildirir ki, bu barədə inzibati islahatlar naziri Taro Kono bildirib: "Onlar mənə Yaponiyada bərpa olunan enerji az və bahalı olduğu üçün əldə etməyinin çox müşkül məsələ olduğunu bildiriblər. Ona görə də bərpa olunan enerji ilə bağlı nəsə etməliyik, yoxsa ölkədən çıxıb getməli olacaqlar".
Nazirlə görüşü zamanı Sony-nin icraçı direktoru Keniçiro Yoşida da ölkə şirkətlərinin karbon tullantılarını azaltmağa çalışarkən çətin vəziyyətə düşdüyünü, halbuki Apple, Feysbuk kimi böyük xarici texnologiya şirkətlərinin dünya boyu təchizatı bütövlükdə bərpa olunan enerjiyə keçirdiklərini diqqətə çatdırıb. T.Kono da bu sahədə bir çox xarici ölkələrdən geri qaldıqlarını etiraf edib.
Hökumətin hazırkı planında bərpa olunan enerji istifadəsini 2018-ci ildəki 17 faizdən 2030-cu ilədək 24 faizə çatdırmaq hədəfi qoyulub ki, həmin səviyyə Avropanın bir çox ölkələrində artıq əldə edilən səviyyədən də aşağıdır. Bütün istehsalatını 2040-cı ilədək ekoloji təmiz texnologiyalara keçirmək niyyətində olan Sony şirkətinin hazırda Avropadakı bütün müəssisələri bərpa olunan enerji ilə çalışır, Çindəkilər gələn ilin mart ayınadək, Şimali Amerikadakılar isə 2030-cu ilədək həmin mənbələrə keçməlidir.