Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ

Ramiz Zeynalov vəzifəsindən azad edilməyib - RƏSMİ

Tarix: 2 Dekabr 2020 12:20

Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı yayılan məlumat həqiqəti əks etdirmir.

Bu barədə Trend-ə açıqlamasında Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Namidan Piriyev deyib.

O bildirib ki, idarə rəisi hazırda iş başındadır: "Bununla bağlı yayılan məlumatlar yalandır. İdarə rəisi hazırda vəzifəsini icra edir".

Xatırladaq ki, bu gün səhər Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, general-mayor Ramiz Zeynalovun vəzifəsindən azad edilməsi ilə bağlı məlumatlar yayılıb. Məlumatda bildirilirdi ki, Daxili İşlər naziri, general - polkovnik Vilayət Eyvazovun əmri ilə R. Zeynalov tutduğu vəzifədən azad edilərək yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.


Etiketlər:  Ramiz Zeynalov vəzifəsindən azad edilməyib RƏSMİ


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ