Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 2 Dekabr 2020 18:39
Sentyabrın 27-dən başlayaraq 44 gün davam edən müharibədə Azərbaycan Ermənistanın 30 ildir qurduğu orudusunu darmadağın etdi.
Sonxeber.net bildirir ki, bunu Trend-ə açıqlamasında hərbi ekspert Ruslan İmamquliyev deyib. Onun sözlərinə görə, Ermənistan bu müharibəyə hazırlaşsa da, onlar Azərbaycanın bu qədər genişmiqyaslı əməliyyatlar keçirəcəyini düşünmürdü:
"Hər kəsin bildiyi kimi, 28 il ərzində Erəmənistan dəfələrlə Azərbaycana qarşı təxribat xarakterli addımlar atıb. Baxmayaraq ki, atəşkəs elan olunmuşdur, onlar bu illər ərzində çirkin əməllərindən əl çəkmirdilər. Nəhayət, sonuncu Tovuz hadisələri və ermənilərin digər təxribatları müharibəni qaçılmaz etdi.
Azərbaycan hakimiyyəti 30 il beynəlxalq arenalardan öz haqq səsini dünayaya çatıdıraraq bəyan edirdi ki, beynəlxalq hüquq, xüsusən də BMT-nin qətanmələrinə əsasən, Dağlıq Qarabağ və ətraf rayonlar Azərbaycana məxsusdur və dərhal azad edilməlidir. Biz münaqişəni sülh yolu ilə həll etməyə çalışsaq da, Ali Baş Komandanın da qeyd etdiyi kimi, güc yolu ilə həll edə biləcəyimizi də qeyd edirdik. Nəhayət, sentyabr ayında başlayan 44 günlük müharibədə Azərbaycan öz doğma torpaqlarını geri qaytardı və Ermənistanın 30 ildir qurduğu ordusu darmdağın edildi".
R.İmamquliyev qeyd edib ki, əməliyatların gedişatı onu göstərdi ki, biz taktiki tapşırıqları yerinə yetirərkən onlara gözlənilməz istiqamətdən hücumlar etdik:
"Döyüşlərin elə ilk günlərindən Azərbaycan orudusu hava məkanını ələ keçirdi. Pilotsuz uçuş aparatlarının (PUA) köməyi ilə Ermənistanın havadan müdafiə sistmerləri sıradan çıxarıldı. Onların elə təqribi qiyməti 2 milyard üzərində hesablanır. O cümlədən, PUA-ların köməyi ilə və artilleriyamızın dəqiq atəşi nəticəsində ermənilərin zirehli texnikaları və tankları məhv edildi. Bu gedişat onları çox sarsıtdı.
Ordumuz əməliyatlar zamanı gözlənilməz taktikalardan, istiqamətlərdən istifadə edərək Ermənistan orusuna çaşqın vəziyyətə salırdı. Qırmızı Bazar istiqamətindəki əməliyyatlar, Xocavəndin bəzi kəndlərinin və Hadrutun azad olunması Ermənistan rəhbərliyini təşvişə saldı. Ordu öz rəhbərliyindən sülh müqaviləsi bağlamağı tələb edirdi. Bizim sonuncu və tarixə düşəcək, alınmaz qala adı verilən Şuşa əməliyyatımız artıq Ermənistan hakimiyyətini dizüstə çökdürdü. Ordumuzun Xüsusi Təyinatlı Qüvvələri sıldırım qayalardan qalxaraq şəhərin dərinliklərinə daxil oldu. Yaxın təmasdan əlbəyaxa döyüşlər apardılar və şəhəri azad etdilər. Şuşanın azad olunması Ermənistanı tarixi kapitulyasiyaya imza atmağa məcbur etdi".