Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir

Şagirdlərin təxminən 25 faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir - Nazir

Tarix: 2 Dekabr 2020 19:30

Bakıda və digər böyük şəhərlərdə şagirdlərin 74-75 faizi onlayn dərslərə cəlb edilib. Yerdə qalan 25 faiz şagird bizim üçün problemdir.

Sonxeber.net Trend-ə istinadən bildirir ki, bunu Təhsil naziri Emin Əmrullayev deyib.

Onun sözlərinə görə, ölkədə 1 milyon 500 min şagird var:

"Amma etiraf edək ki, Azərbaycan bazarında 1 milyon 500 min sayda kompüter satışda yoxdur. Bu qədər şagirdi kompüterlə təmin etsək belə, problem öz həllini tapmayacaq. Əksinə, bizim daha ciddi problemlərimiz olacaq. Bu, sistemli bir iş olmalıdır. "Bir şagird-bir kömpüter" sisteminin tətbiq edildiyi ölkələrə baxdıqda görmək olar ki, bir çoxlarında böyük uğur əldə edilməyib".


Etiketlər:  Şagirdlərin təxminən faizinin onlayn dərslərə cəlb edilməməsi bizim üçün problemdir Nazir


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ