Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Samsung Galaxy Note” smartfonlarının son istehsal tarixi məlum olub

“Samsung Galaxy Note” smartfonlarının son istehsal tarixi məlum olub

Tarix: 3 Dekabr 2020 11:06

“Samsung” şirkəti sonuncu “Galaxy Note” smartfonunu təqdim edərək bu seriyadan imtina edəcək. Bu haqda Cənubi Koreyanın “ETNews” nəşri məlumat verib.

 

“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, mənbələrin məlumatına görə, korporasiya 2021-ci ildə sonuncu “Galaxy Note21” qurğusunu çıxarmaq niyyətindədir. Gələcəkdə “Samsung” şirkəti “Galaxy Note”un xüsusiyyətlərini və hazırlamalarını “Galaxy S” seriyasına aid aparatlara inteqrasiya edəcək.

 

Bundan əvvəl “Ice Universe” şəbəkə insayderi “Galaxy Note” seriyasının son istehsal tarixi haqqında məlumat vermişdi.

 

Emil Hüseynov




Etiketlər:  Samsung Galaxy Note smartfonlarının son istehsal tarixi məlum olub


RƏYLƏR