Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

İnternetdə nə qədər domen var?

İnternetdə nə qədər domen var?

Tarix: 3 Dekabr 2020 22:20

İldən-ilə saytların sayı daha da artır. Domen adlarının aparıcı provayderlərindən biri olan VeriSign şirkəti internetdə qeydiyyatdan keçmiş domen adlarının aktual sayı üzrə hesabatı təqdim edib. Bu barədə 4pda saytı xəbər verib. Beləliklə təqdim edilmiş hesabata üzrə bu ilin üçüncü rübünün sonuna olan statistikaya əsasən internetdə yuxarı səviyyəli domenlərdə 370.7 milyon domen adı qeydiyyatdan keçib. Bu ilin ikinci rübü ilə müqayisədə üçüncü rübdə qeydiyyatdan keçmiş domen adlarının sayında 0.6 milyon artım olub.

Qeyd etmək lazımdır ki, hesabatda yalnız .com və .net kimi yuxarı səviyyəli domenlərin statistikası qeyd olunub. Bununla yanaşı .com domeni qeydiyyatdan keçmiş domen adlarının sayı üzrə liderliyini qoruyur. Belə ki, .com domeni ilə 150.3 milyon domen adı qeydiyyatdan keçib. Məşhurluq üzrə ikinci yeri .tk (27.5 milyon domen adı), üçüncü yeri .cn (24.7 milyon domen adı), dördüncü yeri .de (16.6 milyon domen adı) domenləri tutublar. Bundan əlavə olaraq .net (13.4 milyon domen adı), .uk (10.8 milyon domen adı), .org (10.2 milyon domen adı), .ml (6 milyon domen adı) və .ru (5.7 milyon domen adı) kimi domenlərə də yüksək tələbat müşahidə olunur.

Milli.Az


Etiketlər:  İnternetdə qədər domen var


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ