Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 4 Dekabr 2020 14:20
Tatarıstanın (Rusiya Federasiyası) paytaxtı Kazanda fəaliyyət göstərən "Parus Savinovo" adlı komandanın yeniyetmə futbolçuları Azərbaycana dəstək olub.
Sonxeber.net oxu.az-a istinadən xəbər verir ki, futbolçular qalib gəldikləri son oyundan sonra qələbəni ölkəmizə həsr edib və "Yaşasın Azərbaycan!" deyiblər.
Qeyd edək ki, bu komandanın baş məşqçisi bakılı Vladimir Kopeykindir. Keçmiş qapıçı vaxtilə ölkəmizdə "Bakı Fəhləsi", "ANS-Pivani", "Dinamo" (Bakı) və "Neftçi"də çıxış edib.