Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

“Beşiktaş” daha bir İstanbul klubunu məğlub edib

“Beşiktaş” daha bir İstanbul klubunu məğlub edib

Tarix: 5 Dekabr 2020 09:00

Dekabrın 4-da futbol üzrə Türkiyə çempionatının XI turunun birinci gününün qarşılaşmasında "Beşiktaş" doğma meydanda "Kasımpaşa"nı qəbul edib.

Sonxeber.net AZƏRTAC-a istinadən bildirir ki, gərgin keçən görüşdə meydan sahibləri rəqibin qapısından üç cavabsız qol keçiriblər. "Beşiktaş"ın qollarını Bernard Mensah (45), Atiba Hatçinson (69) və Vinsent Abubakar (75) vurublar.

Beləliklə, "Beşiktaş" ötən həftə səfərdə əzəli rəqibi "Fənərbağça"nı məğlub etdikdən sonra daha bir İstanbul klubu üzərində qələbə qazanıb.

Hazırda turnir cədvəlinə 23 xalla "Alanyaspor" başçılıq edir, 20 xalı olan "Qalatasaray" ikinci, eyni xala malik "Fənərbağça" isə üçüncü pillədə qərarlaşıb.


Etiketlər:  Beşiktaş daha İstanbul klubunu məğlub edib


RƏYLƏR