Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 07:24
Rusiyanın Seçenov Universitetinin professoru Artyom Qil Çinin Avropa və ABŞ-la müqayisədə koronavirusla mübarizədə uğur qazanmasının səbəbini açıqlayıb.
Sonxeber.net bildirir ki, professorun sözlərinə görə, Pekinin uğurunun sirri hökumətin "drakon qanunları" tətbiq etməsi olub. Tsindao şəhərində görülən tədbirləri nümunə göstərən A.Qil bildirib ki, sözügedən ərazidə oktyabr ayında 13 yoluxma qeydə alınıb. Bu isə Çin üçün fövqəladə vəziyyət hesab olunub.
Virusun yayılması xəstəxanalardan birində baş verib. Hökumət ilk növbədə baş həkimi, şəhərin səhiyyə komissiyasının sədrini işdən çıxarıb. Bundan sonra bir neçə gün ərzində şəhərin 11 milyon əhalisi testdən keçirilib. Əhalinin maksimal nəzarətdə saxlanması və kontaktların izlənməsi sayəsində virusun yayılmasının qarşısı alınıb.
Ekspert həmçinin qeyd edib ki, Çin koronavirusa yeni yoluxma hallarının sayını sərt şəkildə alır.
"Hətta elə hallar olur ki, Çin hökuməti göyərtəsində testdən keçməmiş sərnişin olanı təyyarəni də geri qaytarıb", - deyə A.Qil bildirib. (ölkə.az)