Aktual mövzular: Dollar alış-satışı, Məzənnə, Neftin qiyməti

“Real” qalib gəldi, “Barselona” uduzdu - VİDEO

“Real” qalib gəldi, “Barselona” uduzdu - VİDEO

Tarix: 6 Dekabr 2020 10:16

İspaniya La Liqasında XII tur davam edir.

Milli.Az apasport.az-a istinadən bildirir ki, çempionatın əsas favoritləri ikinci oyun günündə meydana çıxıb.

Yarışın lideri "Atletiko" "Valyadolid" üzərində qələbə qazanıb. "Sevilya"nın qonağı olan "Real" vacib 3 xal əldə edib.

"Barselona" isə "Kadiz"lə görüşdən məğlub ayrılıb. "Levante" öz meydanında "Xetafe"ni darmadağın edib.

Qeyd edək ki, turun digər oyunları dekabrın 6-7-də keçiriləcək.

İspaniya La Liqası
XII tur
5 dekabr
"Levante" - "Xetafe" - 3:0
Rocer, 5, Qomes, 17, Frutos, 57
"Sevilya" - "Real" - 0:1
Buno, 56 (avtoqol)
"Atletiko" - "Valyadolid" - 2:0
Lemar, 56, Lorente, 72
"Kadis" - "Barselona" - 2:1
Ximenes, 8, Neqredo, 63 - Alkala, 58 (avtoqol)

Milli.Az


Etiketlər:  Real qalib gəldi Barselona uduzdu VİDEO


RƏYLƏR