Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu
Tarix: 6 Dekabr 2020 14:50
Volqa-Xəzər gəmiçilik kanalında hərəkət müvəqqəti dayandırılıb.
Sonxeber.net virtualaz.org-a istinadən bildirir ki, bu barədə Rusiya Fövqəladə Hallar İdarəsinin Həştərxan vilayəti üzrə bölməsi məlumat yayıb.
Bildirilib ki, buna səbəb buğda ilə dolu olan İran gəmisinin kanaldan keçərkən saya oturmasıdır. Hadisə zamanı xəsarət alan olmayıb, gəmiyə zərər dəyməyib.
İlkin məlumatlara görə, gəmidə 12 ekipaj üzvü olub.