Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Ən yaxşı kameraya malik smartfon bəlli olub

Ən yaxşı kameraya malik smartfon bəlli olub

Tarix: 7 Dekabr 2020 10:27

Videobloqer Markes Braunli “Asus ZenFone 7 Pro” qurğusunu ən yaxşı kameraya malik smartfon adlandırıb. Müvafiq videobloqerin “YouTube” kanalında əlçatandır.
 
“ICTnews” Elektron Xəbər Xidməti “lenta.ru” saytına istinadən yazır ki, Braunli sınaq çərçivəsində 2020-ci ildə istehsal edilmiş müxtəlif istehsalçıların 16 smartfonunu yoxlayıb. Siyahıda “Apple”, “Samsung”, “Xiaomi”, “Huawei”, “OnePlus”, “Asus”, “LG”, “Google”, “Sony”, “Microsoft”, “Oppo” və “Motorola” şirkətinin qurğuları yer alıblar. Bloqer hər bir aparatın kamerası ilə eyni şəkillər çəkib. Bundan sonra Braunli şəkilləri 4,4 milyon abunəçisi olan “Twitter” bloqunda yerləşdirib və istifadəçilərə hər bir fotoya səs verməyi təklif edib.
 
Bloqer qeyd edib ki, səsvermənin birinci raundunun nəticəsinə görə “OnePlus”, “Google”, “Microsoft”, “LG”, “Oppo”, “Xiaomi” şirkətlərinin qabaqcıl smartfonları, həmçinin “iPhone 12 Pro Max” sınağı tərk edib. Yarımfinalda 4 cihaz (“Huawei Mate 40 Pro”, “Asus ZenFone 7 Pro”, “Xiaomi Mi 10 Ultra” və “Samsung Galaxy Note20 Ultra”) qalıb.
 
Final səsverməsində “Asus” şirkətinin qabaqcıl cihazı qalib gəlib. Sonda bloqer deyib ki, hər bir foto avtomatik rejimdə çəkilib və sonradan redaktə edilməyib.
 
Emil Hüseynov



Etiketlər:  yaxşı kameraya malik smartfon bəlli olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ