Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub

Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq şəhid olub

Tarix: 7 Dekabr 2020 14:57

Bakı. Asif Mehman - Trend:

Vətən müharibəsində şəhid olanlardan biri də Gəncə şəhər prokurorluğunun əməkdaşıdır.

Bu barədə Trend-ə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

Məlumata görə, Əlizadə Yüksəl İlqar oğlu1996-cı ilin iyunun 5-də sabiq prokurorluq əməkdaşı mərhum İlqar Əliyevin ailəsində dünyaya göz açıb.

O, 2017-ci ildən Gəncə şəhər prokurorluğunda böyük mütəxəssis vəzifəsində işləyib.

2020-ci ilin iyul ayında Tovuz döyüşləri zamanı könüllü şəkildə Səfərbərlik Xidmətinə müraciət edərək orduya yazılan Yüksəl Əlizadə 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib.

Yüksəl Əlizadə noyabrın 9-da Xocavənd döyüşləri zamanı 19 güllə yarası alaraq qəhrəmancasına şəhid olub.


Etiketlər:  Prokurorluq əməkdaşı Xocavənd döyüşləri zamanı güllə yarası alaraq şəhid olub


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ