Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Sabiq futbolçu 12 illik həbs olundu - Casus olduğu üçün

Sabiq futbolçu 12 illik həbs olundu - Casus olduğu üçün

Tarix: 7 Dekabr 2020 15:34

Ukraynalı sabiq futbolçu Vasili Vasilenko barədə həbs qərarı verilib.

Sonxeber.net apasport.az-a istinadla bildirir ki, Moskva Şəhər Məhkəməsi onu 12 il müddətinə azadlıqdan məhrum edib.

Casusluqda ittiham olunan Vasilenko cəzasını ciddi rejimli koloniyada çəkəcək. Keçmiş oyunçu eyni zamanda qadağan olunmuş maddələri sərhəddən qanunsuz keçirməkdə günahlandırılıb.

Qeyd edək ki, Vasili Vasilenko 1992-2001-ci illərdə Ukraynanın "Tavriya", "Torpedo" və "Drujba" klublarında çıxış edib. O, 2019-cu ilin oktyabrında Moskvada saxlanılıb.


Etiketlər:  Sabiq futbolçu illik həbs olundu Casus olduğu üçün


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ