Aktual mövzular: Dollar alış-satışı, Neftin qiyməti, COP29, Hava proqnozu

Riyaziyyat üzrə nəticələr əsaslı şəkildə yaxşılaşıb - Emin Əmrullayev

Riyaziyyat üzrə nəticələr əsaslı şəkildə yaxşılaşıb - Emin Əmrullayev

Tarix: 8 Dekabr 2020 16:21

Bakı. İlhamə İsabalayeva - Trend:

Azərbaycanın IV sinif şagirdlərinin TİMSS 2019 (Riyaziyyat və Təbiət Elmləri üzrə Beynəlxalq Qiymətləndirmə Proqramı) proqramının riyaziyyat fənni üzrə nəticələri 2011-ci il ilə müqayisədə əsaslı şəkildə yaxşılaşıb.

Trend-in məlumatına görə, bunu TİMSS-2019 şagird nailiyyətlərinin beynəlxalq qiymətləndirmə tədqiqatının nəticələrini açıqlayan Təhsil naziri Emin Əmrullayev bildirib.

Onun sözlərinə görə, bu dinamika TİMSS tədqiqatlarının keçirilməsi tarixində ən yüksək müsbət dinamikadır:

"Təhsil Nazirliyi 2016-cı ildən başlayaraq ibtidai təhsil səviyyəsində riyaziyyat fənninin məzmunu və tədrisi ilə bağlı islahatyönümlü fəaliyyət həyata keçirməkdədir. Bir sıra inkişaf etmiş təhsil sistemləri ilə eyni səviyyədə nailiyyətlərin əldə olunması çox ümidvericidir. Belə nailiyyətlərin əldə edilməsində əməyi olan bütün şagirdlərə, müəlllimlərə, təlimçi-metodistlərə və valideynlərə Təhsil Nazirliyi adından minnətdarlığımızı bildiririk".


Etiketlər:  Riyaziyyat üzrə nəticələr əsaslı şəkildə yaxşılaşıb Emin Əmrullayev


RƏYLƏR



Populyar Xəbərlər

XƏBƏR LENTİ